MƏDƏNİYYƏT
Polşalı məşhur səyyah velosipedlə Azərbaycana səfər edəcək
Varşava, 26 yanvar, AZƏRTAC
Polşalı velosipedçi və məşhur səyyah Yarek Kaptayn dünya turuna Cənubi Qafqazla davam edəcək.
AZƏRTAC xəbər verir ki, səyyah yanvarın 30-dan fevralın 2-dək Poznan şəhərində keçiriləcək turizm festivalında indiyədək etdiyi səfərlər və qarşıdakı Cənubi Qafqaz turu barədə danışacaq. Bu səfərin məqsədi Avropa və Asiyanın qovşağındakı möcüzəli yerləri polşalı turistlərə tanıtmaqdır.
Səyyah Cənubi Qafqaz turuna Kutaisidən başlayacaq və Bakıda tamamlayacaq. O, Azərbaycanda əsasən Xəzər dənizi ətrafı ilə hərəkət edəcək, həmçinin velosipedlə bir neçə yüksəkliyə qalxacaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]