DÜNYA


Polşalı tələbələr günəş enerjisi ilə işləyən pilotsuz uçan aparat hazırlayıblar

Varşava, 12 iyul, AZƏRTAC 

Krakovdakı Dağ-mədən Akademiyasının tələbələri günəş enerjisi ilə işləyən pilotsuz uçan aparat hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, aparatın qanadları 4 metrdir və günəş batareyaları məhz bu hissələrdə yerləşdirilib. Çəkisi cəmi 5 kiloqram olan bu aparat hava şəraitindən asılı olaraq saatda 50 kilometr məsafəyə qədər sürət yığa bilir. Uçan aparatın üzərinə yerləşdirilmiş kameralar onun uçuş trayektoriyasını real rejimdə izləməyə imkan verir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.