MƏDƏNİYYƏT


Polşanın Jedvabne şəhərində Bakıya həsr olunmuş fotosərgi açılıb

Polşanın Jedvabne şəhərində Bakıya həsr olunmuş fotosərgi açılıb

Varşava, 18 sentyabr, AZƏRTAC

Polşanın Jedvabne şəhərində ənənəvi "Milli oxu günü" qeyd olunub. "Milli oxu günü"ndə Stefan Jeomskinin "Erkən yaz" əsərinin kütləvi oxunuşu təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Adam Minkeviç adına orta məktəbdə keçirilən mərasimdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları da iştirak ediblər. Məktəbin akt zalında Stefan Jeomskinin həyat və yaradıcılığına həsr edilmiş, həmçinin Bakı səhnələrindən ibarət fotosərgi də nümayiş olunub.

Polşa ədəbiyyatının təbliği üçün yaradılmış "Milli oxu günü" 2012-ci ildən etibarən təsis edilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.