DÜNYA


Polşanın qanunverici orqanı Avropa Parlamentinə seçkilərlə bağlı yeni qanun qəbul edib

Varşava, 15 mart, AZƏRTAC 

Polşa parlamentinin martın 15-də keçirilən iclasında Avropa Parlamentinə keçiriləcək növbəti seçkilərlə bağlı qanun qəbul edilib.

AZƏRTAC xəbər verir ki, qanunda Böyük Britaniyanın Avropa İttifaqını tərk edəcəyi halda parlamentdə boşalacaq mandatları ilə bağlı qərarlar yer alıb. Belə ki, Polşa indiyədək Avropa parlamentində 51 deputatla təmsil olunurdu. Böyük Britaniyanın mayın 12-dək keçiriləcək seçkilərədək Avropa İttifaqını tərk edəcəyi təqdirdə onun mandatları digər ölkələr arasında bölüşdürüləcək. Bu halda Polşaya bir yer əlavə veriləcək.

Qəbul edilən qanuna əsasən, Avropa Parlamentinin 2019-2024-cü illər çağırışının namizədlərindən növbəti ən çox səs toplamışı 52-ci yerə iddia edəcək. Böyük Britaniya o vaxtadək mandatlarını özündə saxlasa, məhz həmin namizəd Avropa Parlamentində təmsil olunmayacaq.

Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqını martın 29-da tərk etməyi planlaşdırıb, lakin bu qərarın vaxtı uzadıla da bilər. Avropa Parlamentinə seçkilər isə mayın 12-də olacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.