Polşanın turizm portalında Azərbaycan qonaqpərvərliyi ilə bağlı məqalə dərc olunub
AzerTAg.az
Varşava, 5 mart, AZƏRTAC
Polşanın travelozercy.pl portalında Azərbaycana səyahət edəcək turistlər üçün faydalı məlumatlarla zəngin olan məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə əsasən Bakıdan kənara səyahət etmək istəyənlər üçün maraqlı olacaq. Belə ki, yazıda görməli yerlər, kirayə avtomobil və evlər, dadılması mütləq olan mətbəx nümunələri ilə bağlı məlumatlar yer alıb.
Məqalədə azərbaycanlılar barədə məlumatlar olduqca qürurvericidir. Polşalı turistlər yerli əhalinin mehriban olması, qonaqpərvərlik və əlbəttə təhlükəsizlik barədə fikirlərini bölüşüblər.
Qeyd olunur ki, hər bir azərbaycanlı sizi açıq ürəklə süfrəsinə dəvət edəcək, yolda qalsanız evinə aparacaq, sizinlə ən son tikəsini bölüşəcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Xəbərin mətnində orfoqrafik səhv var