İDMAN


Polyaklar voleybol üzrə dünya çempionu titulunu qoruyub saxlayıblar

Bakı, 1 oktyabr, AZƏRTAC 

Polşa yığması kişi komandaları arasında Bolqarıstan və İtaliyada keçirilən voleybol üzrə 19-cu dünya çempionatının qalibi olub. Bununla da polyaklar 4 il əvvəl doğma divarlar arasında əldə etdikləri titulu qoruyub saxlayıblar. AZƏRTAC xəbər verir ki, dünya birinciliyinin final qarşılaşmasında onlar 2014-cü ildə olduğu kimi, braziliyalılarla qarşılaşıblar və 3:0 hesabı ilə qalib gəliblər.

Hazırkı final polyaklar üçün tarixdə üçüncüdür. Bu komandanın aktivində dünya birinciliyinin 2 qızıl və 1 gümüş medalı var. Yeri gəlmişkən, gümüş medalı komanda 2006-cı ildə də braziliyalılara qarşı finalda qazanıb.

Dünya çempionatının ən dəyərli oyunçusu polyak Bartoş Kurek müəyyən olunub. Simvolik yığmaya polyaklar Mixail Kubyak, Petr Novakovski və Pavel Zatorskiy, braziliyalılar Duqlas və Lukas, həmçinin amerikalılar Mika Kristenson və Mettyu Anderson daxil edilib.

Növbəti çempionatın harada keçiriləcəyi bir qədər sonra müəyyənləşdiriləcək. Əvvəlki məlumata görə, turnir 2022-ci ildə Rusiyada keçirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.