CƏMİYYƏT
Pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş olub
Bakı, 20 may, AZƏRTAC
Qida Təhlükəsiziliyi Agentliyində “Pomidor ixracı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər” mövzusunda pomidor istehsalçıları və daşıyıcı şirkətlərin rəhbərləri ilə onlayn formatda görüş keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə sədr müavini Rəşad Mafusov həyata keçirilən fitosanitar nəzarət tədbirləri, o cümlədən pomidor bitkisinə qoyulan istehsal, ixrac tələbləri ilə əlaqədar sahibkarlara ətraflı məlumat verib.
Qeyd olunub ki, istehsal olunan pomidor məhsulunun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunluğu, bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni metodların tətbiqi kimi məsələləri sahibkarlar daim diqqət mərkəzində saxlamalıdırlar.
Daha sonra mövcud qaydaların optimallaşdırılması və proseslərin asanlaşdıırlması istiqamətində sahibkarların təklifləri dinlənilib.
Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.