MƏDƏNİYYƏT


Pompeydə Vezuvinin püskürməsi tarixini dəyişən yazı aşkar edilib

Bakı, 3 noyabr, AZƏRTAC

Pompeydə kömürlə cızılmış yazı aşkar edilib. Bu yazı Vezuvi vulkanının püskürməsi nəticəsində baş vermiş və adətən bizim eranın 79-cu ilinin 23 avqustuna aid edilən Pompeyin dağılması tarixini əsaslı şəkildə dəyişərək yeni tarix müəyyən edib: 79-cu il oktyabrın 24-ü.

Əslində ənənəvi olaraq qəbul edilmiş bu tarixə alimlər çoxdan şübhə ilə yanaşırlar, çünki qazıntılar zamanı Pompey ərazisində payız mövsümü üçün tipik olan nar və giləmeyvələr tapılıb.

AZƏRTAC xəbər verir ki, taleyüklü yazı şərti olaraq “Regio V” adlandırılan ərazidə qazıntılar zamanı püskürmə anında bərpa prosesində olan evin divarında aşkar edilib. Pompey Arxeologiya Parkının baş direktorunun fikrincə, bu yazını yazmış fəhlə zarafatcıl adam olub. Onun yazdığı cümlənin məzəli məzmunu bu cür düşünməyə əsas verir. Bu yazının yazıldığı tarix yeni stillə oktyabrın 17-nə uyğun gəlir. İlin isə elə 79-cu il olduğu təxmin edilir, çünki yazı yeni hesablamalara görə tarixi oktyabrın 24-nə aid edilən təbii fəlakətə düz bir həftə qalmış son dərəcə azömürlü bir vasitə ilə - kömürlə cızılıb.

İndiyədək hesab edilirdi ki, püskürmə Plininin məktubunda göstərildiyi kimi, avqustun 23-də baş verib. Amma İtaliyanın mədəniyyət naziri Alberto Bonizolinin fikrincə, çox ehtimal ki, orta əsrlərdə köçürücülərdən kimsə bu tarixi yanlış köçürüb. Buna görə də uzun illər hesab edilib ki, Vezuvi avqust ayında püskürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.