DÜNYA


Poroşenkodan Zelenskiyə razılıq jesti

Kiyev, 8 aprel, AZƏRTAC

Ukraynada prezidentliyə namizəd Petro Poroşenko rəqibi Vladimir Zelenski ilə hər iki tarixdə - aprelin 14-də və 19-da “Olimpiya” stadionunda debata razılıq verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radada çıxışı zamanı “Petro Poroşenko bloku” fraksiyasının sədri Artur Qerasimov məlumat verib. Onun sözlərinə görə, Poroşenko hər iki tarixdə debata hazırdır.

Ukraynada prezidentliyə namizəd Zelenski isə rəqibi Poroşenko ilə Kiyevin mərkəzi “Olimpiya” stadionunda debatın aprelin 19-da keçirilməsinə razılıq verib.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.