DÜNYA


Poroşenkonun Türkiyəyə qarşıdakı səfərinin detalları açıqlanıb

Kiyev, 1 noyabr, AZƏRTAC

Ukraynanın Prezidenti Petro Poroşenko noyabrın 3-4-də Türkiyəyə rəsmi səfər edəcək.

AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Poroşenko Türkiyədə Yüksək Səviyyəli Strateji Şuranın iclasında iştirak edəcək və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Noyabrın 3-də İstanbulda keçiriləcək 7-ci Yüksək Səviyyəli Strateji Şuranın iclasında ikitərəfli siyasi dialoqun əsas məsələləri, iqtisadi-ticari, elmi, texniki, müdafiə, sənaye, enerji, nəqliyyat, mədəniyyət, humanitar, təhsil və turizm sahələrində Ukrayna-Türkiyə əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində Poroşenko 1919-1922-ci illərdə Ukrayna Xalq Respublikasının diplomatik missiyasının binası olan ərazidə memorial lövhənin, iki ölkə arasında diplomatik münasibətlərin 100 illiyi ilə bağlı arxiv sənədlər sərgisinin açılış mərasimlərində iştirak edəcək, İstanbul Universitetində Ukrayna dili və ədəbiyyatı bölməsində olacaq.

Bundan başqa, P.Poroşenko Antalya şəhərində Ukrayna konsulluğunun və “Ukrayna Evi” mədəniyyət mərkəzinin açılışında iştirak edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.