İDMAN


“Porsche” Formula 1-ə gəlməsi barədə şayiələri bir daha təkzib edib

Bakı, 25 noyabr, AZƏRTAC

“Porsche” avtomobil şirkətinin avtomobil idmanı proqramının rəhbəri Frits Entsinger növbəti dəfə bəyan edib ki, alman firması yaxın vaxtlarda nə motor tədarükçüsü qismində, nə də ayrıca bir zavod komandası kimi Formula 1-də iştirak etməyə hazırlaşmır.

AZƏRTAC xəbər verir ki, əvvəllər “Porsche” avtomobil şirkəti idman prototipləri yürüşlərindən uzaqlaşıb və hazırda avtomobil idmanı bölməsinin əsas səylərinin yönəldiyi Formula-E yarışlarında iştirak edir.

GrandPX.news portalı xəbər verir ki, Etsingerdən şirkətin Formula 1-ə gəlməsinin mümkünlüyünü soruşublar. “İndi o zamanlar deyil. Formula 1 bizim üçün artıq keçmişdə qalıb”, - deyə o cavab verib.

“Porsche” avtomobil şirkətinin Formula 1-də axırıncı iştirakı 1991-ci ildə olub. Həmin vaxt şirkət “Futvork” komandasına motor tədarük edib. Komanda bundan sonra “Ford” şirkətinin mühərriklərinə keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.