İDMAN
“Portlend Timbers” klubu MLS-in 2019-2020-ci il mövsümünün qalibi olub
Bakı, 12 avqust, AZƏRTAC
MLS-də mövsümün həlledici qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, finalda “Portlend Timbers” və “Orlanda Siti” klubları üz-üzə gəliblər. İlk dəqiqələrdən irəli atılan Portlend təmsilçisi 27-ci dəqiqədə istəyinə nail olub. Larris Mabiala hesabı açıb. Lakin “Orlando Siti” çox keçmədən hesabı bərabərləşdirib. Matçın 39-cu dəqiqədə portuqaliyalı Naninin ötürməsini Maurisio Pereyra qolla tamamlayıb.
Fasilədən sonra daha üstün olan “Portlend Timbers” yenidən fərqlənib. Dario Jupariç mübarizəyə nöqtə qoyub. “Portlend Timbers” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, “Portlend Timbers” komandası 2019-2020-ci il mövsümünün qalibi adını qazanıb. Bu nəticə ilə komanda ikinci dəfə çempionluq sevinci yaşayıb.