SİYASƏT


Portlənddə soydaşlarımızla görüş olub

Bakı, 26 sentyabr, AZƏRTAC 

ABŞ-da səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Meyn ştatının Portlənd şəhərində yaşayan azərbaycanlılarla görüşü keçirilib.

DİDK-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə azərbaycanlı və türk icmalarının nümayəndələri, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videomaterial nümayiş etdirilib, Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətləri və fonda müraciət formaları, ölkəmizin diaspor siyasəti, Vətənimizin müxtəlif tarixi mərhələlərdə inkişafı, qadınlara seçki hüququnun verilməsinin tarixi, beynəlxalq əlaqələr, xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib. Portlənddə yaşayan azərbaycanlıların təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma üsullarından danışılıb. Bu mövzular ətrafında icma üzvlərinin təklifləri dinlənilib və maraqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, məktəbyaşlı azərbaycanlı uşaqların da toplantıya qatılması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları Avropadakı həftəsonu Azərbaycan məktəblərinin Portlənddə də açılması fikrinin məqsədəuyğun olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.