DÜNYA


Portuqaliya 2020-ci ildə minimal əməkhaqqını 635 avroya çatdırmaq niyyətindədir

Lissabon, 14 noyabr, AZƏRTAC

Portuqaliya Nazirlər Şurası 2020-ci il üçün minimal əməkhaqqının miqdarını bu gün 635 avro məbləğində təsdiq edəcək.

AZƏRTAC xəbər verir ki, bunu noyabrın 13-də ölkənin Baş Naziri Antoniu Koşta bəyan edib.

Baş Nazir qeyd edib ki, noyabrın 14-də hökumət minimal əməkhaqqının 5,8 faiz artdığını təsdiq edəcək ki, bu da ölkədəki iqtisadi və sosial duruma, habelə qanunverici orqanın məqsədlərinə müvafiqdir.

Antoniu Koştanın yeni hökumətin qarşısına 2023-cü ilə qədər minimal əməkhaqqının miqdarını 750 avroya qədər artırmaq məqsədi qoyub.

Son dörd ildə aparılan islahatlar nəticəsində minimal əməkhaqqının nominal məbləğinin təqribən 19 faiz artırılmasına baxmayaraq, Portuqaliya Avropa İttifaqının minimal əməkhaqqının ən aşağı olduğu ölkələrindəndir.

Aİ-nin altı ölkəsində - İtaliya, Avstriya, Danimarka, Finlandiya, İsveç və Kiprdə minimal əməkhaqqının qanunla müəyyən olunmuş məbləği yoxdur.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.