DÜNYA
Portuqaliya Avropa Şurasının korrupsiya səviyyəsinin azaldılmasına dair tövsiyələrinə məhəl qoymur
Lissabon, 27 iyun, AZƏRTAC
Avropa Şurası Portuqaliyanın hakimiyyət orqanlarını artıq tənqid edib.
AZƏRTAC xəbər verir ki, Portuqaliya Avropa Şurasının ölkədə korrupsiya səviyyəsinin azaldılması istiqamətində göstərişlərini yerinə yetirməyən ölkələr siyahısındadır.
Hesabatda deyilir ki, Avropa Şurasının tövsiyələrinin 73 faizi 2018-ci ilin sonuna qədər yerinə yetirilməyib.
Portuqaliya bu göstəriciyə görə Türkiyə (70 faiz), Serbiya (59 faiz), Rumıniya (44 faiz), Belçika (42 faiz) və Xorvatiyadan (39 faiz) geri qalır. Avropa Şurası xüsusi ağır cinayətlərə qarsı mübarizə tədbirləri olmadığına görə də Portuqaliya hökumətini tənqid edib.
Bildirilir ki, prokurorluqda korrupsiya əleyhinə tövsiyə olunan 4 tədbirdən yalnız biri icra olunub, hakimlər arasında korrupsiya səviyyəsinin azaldılmasına dair təklif olunan heç bir tövsiyə yerinə yetirilməyib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]