MƏDƏNİYYƏT


Portuqaliya Avropa maarifləndirici kino layihəsinə rəhbərlik edəcək

Lissabon, 22 sentyabr, AZƏRTAC 

Portuqaliya Sinematekası (Cinemateca Portuguesa) növbəti iki il ərzində kino sahəsində “CinEd” adlı Avropa maarifləndirici layihəsinə başçılıq edəcək.

AZƏRTAC xəbər verir ki, layihə Avropa İttifaqının mədəniyyət, kreativ və audiovizual sektorların dəstəyinə istiqamətlənən “Kreativ Avropa” (Creative Europe) proqramı tərəfindən maliyyələşdiriləcək.

“CinEd” 2015-ci ildə yaradılıb və hazırkı dövrədək Fransa İnstitutu tərəfindən koordinasiya edilib. Proqramın əsas məqsədi Avropa kinosunun tanınmasında uşaq və gənclərə yardımçı olmaqdır.

“CinEd”in fəaliyyət dairəsinə məktəblərlə, müəllimlərlə və bu konsorsiumun üzvü olan 8 ölkə – Portuqaliya, İspaniya, İtaliya, Bolqarıstan, Fransa, Çexiya, Xorvatiya və Almaniya ilə kino yaradıcılığı məsələləri üzrə əməkdaşlıq məsələləri daxildir.

“CinEd”in mövcud olduğu beş il ərzində 62 mindən çox tələbə üçün təqribən 1400 kino nümayiş etdirilib, müəllimlər üçün 233-ə yaxın təlim keçirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.