İDMAN
Portuqaliya Futbol Federasiyasında 10 028 qadın futbolçu qeydə alınıb
Lissabon, 10 dekabr, AZƏRTAC
Portuqaliya Futbol Federasiyası (FPF) qadın futbolu və mini futbolla məşğul olan 10 028 qadın qeydə alıb.
AZƏRTAC xəbər verir ki, futbolda 6020, mini futbolda 4008 qadın futbolçu qeydə alınıb. Beləliklə, futbolda təmsil olunan qadınların sayı son on ildə, demək olar, iki dəfə artıb.
FPF-nin qadın futbolu üzrə direktoru Monik Xorxenin sözlərinə görə, Portuqaliyada indiyədək bu qədər futbol və mini futbol oynayan qadın olmayıb. Hazırda getdikcə daha çox klub bütün ölkə boyu qadınlardan ibarət komandalar yaratmağa maraq göstərir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]