CƏMİYYƏT


Portuqaliya Prezidenti: Qreta Tunberq iqlim dəyişmələrinə qarşı mübarizənin simvoludur

Lissabon, 12 dekabr, AZƏRTAC

Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Soza bildirib ki, gənc isveçli fəal Qreta Tunberq iqlim dəyişmələrinə və qlobal istiləşməyə hələ də etinasız yanaşan şəxslər üçün “təhlükəli siqnal” və bu mübarizənin simvoludur.

AZƏRTAC xəbər verir ki, Prezident bu fikri Portu Universitetində çıxışında səsləndirib.

Qreta Tunberqin “Time” jurnalının versiyasına görə “İlin adamı” adlandırıldığını vurğulayan Prezident deyib: “Gənc fəal təkcə gənc nəslin iqlim probleminə bəslədiyi hissləri ifadə etmir, həm də yaşlı nəsli planetimizin müdafiəsinə diqqət yetirməyə çağırır”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.