DÜNYA


Portuqaliya Qırmızı Xaç Cəmiyyəti ekspres-testlər alınması üçün Aİ-dən 10 milyon avro yardım alacaq

Lissabon, 20 noyabr, AZƏRTAC

Portuqaliya Qırmızı Xaç Cəmiyyəti (CVP) Avropa İttifaqından dəstək proqramı çərçivəsində COVID-19 koronavirusuna qarşı ekspres-testlər və tibbi ləvazimat alınması üçün 10 milyon avro yardım alacaq.

AZƏRTAC xəbər verir ki, bu məbləğ Avropa Qırmızı Xaç Komissiyası tərəfindən yeddi ölkədə COVID-19-a qarşı testləşdirmə imkanlarını genişləndirmə məqsədilə ayrılan 35,5 milyon avronun bir hissəsidir.

Diaqnostik testlər Portuqaliya, Avstriya, Almaniya, Yunanıstan, İtaliya, Malta və İspaniyada Milli Qırmızı Xaç Cəmiyyətləri tərəfindən həyata keçiriləcək.

Portuqaliyanın Baş Səhiyyə Direktorluğunun məlumatına görə, bu ölkədə 243.009 nəfər koronavirusa yoluxub, 3701 nəfər bu xəstəlikdən vəfat edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.