DÜNYA


Portuqaliya ailəyə dəstək siyasəti üzrə ən yaxşı ölkələr siyahısındadır

Lissabon, 19 iyun, AZƏRTAC

Portuqaliya Avropa İttifaqına və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv dövlətlər arasında ailəyə dəstək siyasəti üzrə ən yaxşı beşinci ölkədir.

AZƏRTAC UNICEF-in məlumatlarına istinadla xəbər verir ki, tədqiqata daxil edilən 41 ölkə arasında Portuqaliya atalıq məzuniyyətinin müddətinə görə üçüncü yeri tutur: portuqaliyalı kişilərə 12,5 həftə ödənişli məzuniyyət verilir.

Elə həmin hesabatda göstərilir ki, bir çox valideynlər tam lisenziyadan istifadə etmirlər. Portuqaliyada isə bu göstərici təqribən 60 faiz təşkil edir.

Hesabatda xatırladılan ölkələrdən səkkizində - ABŞ, İsveçrə, Slovakiya, Yeni Zelandiya, İsrail, İrlandiya, Çex Respublikası və Kiprdə atalığa görə ödənişli məzuniyyət verilmir.

Portuqaliya yeddinci ölkədir ki, burada üç yaşınadək uşaqların əksəriyyəti (50 faizi) bağçalara qəbul olunur.

Üç yaşından altı yaşınadək portuqaliyalı uşaqların 92 faizi artıq məktəbə gedir. Portuqaliya bu yaşda məktəbə gedən uşaqların sayına görə 11-ci ölkədir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.