DÜNYA


Portuqaliya daşınmaz əmlakın kriptovalyuta ilə satıldığı ilk Avropa ölkəsidir

Lissabon, 13 may, AZƏRTAC

Portuqaliya kriptovalyutaları idarə etməyə başlayanlar üçün cənnətə çevrilib.

AZƏRTAC xəbər verir ki, Portuqaliya Avropada bitkoinlərə daşınmaz əmlakın satıldığı ilk ölkədir. Beləliklə, ilk dəfə rəqəmsal barter baş verib - mülkiyyət hüququ üçün virtual pul.

Mayın əvvəlində Portuqaliyanın ən böyük şəhərlərindən biri Braqada virtual valyutaya 110 min avro dəyərində mənzil satılıb.

Bütün Portuqaliyada kriptovalyutaları avroya “köçürmək” ehtiyacını aradan qaldıran yeni qanun qüvvəyə minib. Beləliklə, Portuqaliya rəqəmsal iqtisadiyyat baxımından çox ümidverici əlamətlər göstərir. Bununla belə, bu kontekstdə kibertəhlükəsizlik tədbirləri əsas prioritetdir: rəqəmsal depozit nömrəsinin ötürülməsi, iştirak edən tərəflərin identifikasiyası, əməliyyat zamanı pulun bir cüzdandan digərinə keçdiyinin sübutu.

Britaniyanın daşınmaz əmlak və konsaltinq firması Savills tərəfindən hazırlanan hesabata görə, Lissabon rəqəmsal “köçərilər” üçün dünyada üstünlük verilən şəhərdir.

Beləliklə, Portuqaliya həyat keyfiyyətindən istifadə edərək və onu kriptovalyutalarla əməliyyatlara üstünlük verən qanunvericiliklə müşayiət edərək varlanmağa çalışır.

Təxminlərə görə, 2035-ci ilə qədər 1 milyarda yaxın insan məskunlaşmaq üçün yerlər axtarışında planeti gəzəcək və həyat keyfiyyəti modellərindən daha çox asılı olacaq.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.