MƏDƏNİYYƏT
Portuqaliya əlilliyi olan insanlar üçün əlçatan turizmə görə mükafat almış ilk ölkədir
Lissabon, 23 sentyabr, AZƏRTAC
Dünya Turizm Təşkilatının (UNWTO) “Əlçatan turizm istiqaməti” adlı mükafatına layiq görülmüş ilk ölkə Portuqaliya olub.
AZƏRTAC Portuqaliya İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, Portuqaliya əlilliyi olan insanlar üçün əlçatan turizmin təşkilinə görə xüsusi mükafata layiq görülmüş yeganə ölkədir. Mükafat ilk dəfə bu il UNWTO tərəfindən təqdim ediləcək.
Təşkilatın hesablamlarına görə, təkcə Avropada mobilliyə xüsusi ehtiyacı olan 90 milyon turist var. Buna görə də Portuqaliya turizmin əlyetərliliyi sahəsində lider kimi öz namizədliyini irəli sürməyi planlaşdırır. Fiziki imkanları məhdud olan insanların məsələləri üzrə dövlət katibi Ana Sofiya Antunes deyib: “Hökumət Portuqaliyanı həqiqətən inklüziv ölkəyə çevirməyə yönəlmiş addımlar atıb. Artıq geriyə yol yoxdur”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon -0-
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]