MƏDƏNİYYƏT


Portuqaliya hökuməti 2023-cü ilə qədər bu ölkənin turizm istiqaməti kimi təbliğinə 10 milyon avro ayıracaq

Lissabon, 14 yanvar, AZƏRTAC

Portuqaliya hökuməti “Portuqaliya turizmi” (“Turismo de Portugal”) Milli Turizm Agentliyinin qarşıdakı iki ərzində rəqəmsal reklam kampaniyaları üçün 10 milyon avro vəsait ayrılması barədə qərarını bəyənib. Bu vəsaitin çox hissəsi (7,5 milyon avro) 2022-ci ildə istifadə edilmək üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, “Turismo de Portugal” agentliyi Portuqaliyanın turizm istiqaməti kimi təbliğ edilməsi üçün 2022/2023-cü illərdə rəqəmsal medialarda beynəlxalq turizm kampaniyası keçirəcək. Bu məlumatı turizm üzrə dövlət katibi Rita Markes açıqlayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.