DÜNYA


Portuqaliya hökuməti iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün laboratoriya yaradır

Lissabon, 15 may, AZƏRTAC

Portuqaliya hökuməti elmi müəssisələrin, şirkətlərin və kənd təsərrüfatı assosiasiyalarının birgə tərəfdaşlığı ilə iqlim dəyişmələri çağırışlarına cavab verməyə qadir olan kənd təsərrüfatı üçün həll yollarının işlənib hazırlanmasından ötrü Elvasda korporativ laboratoriya açır.

AZƏRTAC “LUSA” xəbər agentliyinə istinadla bildirir ki, layihəyə 2,4 milyon avro sərmayə qoyulub.

Ölkənin kənd təsərrüfatı naziri Kapulas Santosun sözlərinə görə, bu gün dünya qaçılmaz reallıqla qarşılaşır. Bu reallıq iqlim dəyişmələrindən ibarətdir, bunların nəticəsi insanlar tərəfindən dərk edilməyə başlayır və elm buna cavablar axtarmalıdır. Bu laboratoriyanın yaradılmasından məqsəd dayanıqlı kənd təsərrüfatı üçün daha ekoloji və çağırışlara cavab verməyi bacaran həll yollarının axtarılması, xüsusən az su tələb edən, xəstəliklərə davamlı olan bitkilərin yetişdirilməsi, həmçinin zərərvericilərə və xəstəliklərə müqavimət göstərə biləcək üsulların aşkara çıxarılmasıdır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.