DÜNYA


Portuqaliya məktəblərində müəllim çatışmazlığı yaşanır

Lissabon, 19 may, AZƏRTAC

Portuqaliya məktəblərində müəllim heyətinin yaşlaşması və çatışmazlığı ölkənin təhsil sahəsində ən böyük problemlərdən biridir.

AZƏRTAC xəbər verir ki, proqnozlara görə, üç ildən sonra problem 250 min şagirdi əhatə edə bilər və müəllim çatışmazlığı isə yalnız 7-12-ci siniflərə təsir edəcək.

Təhsil sahəsində ekspertlər on il ərzində məhz müəllim heyətinin yaşlandığı və onların sonradan təqaüdə çıxdığına dair xəbərdarlıq ediblər.

Portuqaliya Milli Təhsil Şurasının (CNE) məlumatına görə, hazırda ibtidai və orta məktəb müəllimlərinin əksəriyyətinin yaşı 50-dən az deyil və 2030-cu ilə qədər müəllimlərin yarısının təqaüdə çıxacağı ehtimal olunur.

Ölkə məktəblərinə 2022/23-cü ildən 2025/26-cı ilədək 928 müəllim, yəni ildə 232-yə yaxın müəllim tələb olunacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.