MƏDƏNİYYƏT


Portuqaliya ölkənin turizm istiqamətində inkişafına 10 milyon avro ayırır

Lissabon, 2 iyun, AZƏRTAC

“Portuqaliya turizmi” (Turismo de Portugal) dövlət orqanı turizmin inkişaf etdirilməsi və turizmə dəstək üzrə proqrama start verib. 2025-ci ilin mart ayınadək olan müddət üçün həmin proqrama 10 milyon avro ayrılıb.

AZƏRTAC xəbər verir ki, turizm sektoru üzrə dövlət katibi Ruta Markesin sözlərinə görə, turizm sənayesinin iqtisadi aktivliyini stimullaşdıran bu layihənin bir il üçün nəzərdə tutulan pul vəsaitinin miqdarı 2,5 milyon avrodur. Proqram Portuqaliyaya gələn xarici turistlərin sayının və turizm gəlirlərinin artırılmasına dair tədbirlər planını əhatə edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.