DÜNYA


Portuqaliya sirklərində vəhşi heyvanların iştirakı ilə tamaşalar qadağan olunub

Lissabon, 2 noyabr, AZƏRTAC

Portuqaliya parlamenti ölkənin sirklərində vəhşi heyvanların çıxışını qadağan edən qanunu dəstəkləyib. Bu barədə heyvan haqları müdafiəçilərini və ekoloqları birləşdirən Portuqaliyanın “PAN” Partiyası özünün “Instagram” səhifəsində bildirib.

Yeni qanunla vəhşi heyvanların, xüsusilə şir, pələng, fil, dəvə və zebrlərin sirk tamaşalarında iştirakı qadağan ediləcək.

Bu qanuna uyğun olaraq, “keçid dövrü” sayılacaq növbəti 6 il ərzində sirklər vəhşi heyvanları könüllü şəkildə xüsusi sığınacaqlara təhvil verməlidirlər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.