İDMAN


Portuqaliya və Koreya Respublikası yığmaları mundialın pley-off mərhələsində

Bakı, 2 dekabr, AZƏRTAC

Futbol üzrə Portuqaliya və Koreya Respublikası milli komandaları Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, turnirin H qrupunun üçüncü turu çərçivəsində Portuqaliya və Koreya Respublikası yığmaları üz-üzə gəliblər. “Edukeyşn Siti” stadionunda təşkil olunan matç koreyalı futbolçuların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Koreya Respublikası seçməsinin heyətində 27-ci dəqiqədə Kim Yunq Qvon, 91-ci dəqiqədə Xvan Xi Çxan, rəqib komandadan isə 5-ci dəqiqədə Rikardo Orta fərqləniblər.

Qrupun digər matçında Qana və Uruqvay yığmaları qarşılaşıblar. “Əl Canub” stadionunda oynanılan matçda Uruqvay seçməsi iki cavabsız qolla qalib gəlib – 2:0. Yığmanın heyətində Corcian de Arraskaeta dubl edib. Qollar matçın 26-cı və 32-ci dəqiqələrində vurulub.

Portuqaliya 6 xalla qrup lideri kimi mərhələ adlayıb. Hesabında 4 xal olan Koreya Respublikası millisi əlavə göstəricilərə görə pley-offa yüksəlib. Uruqvay yığması 4 xalla üçüncü, Qana millisi isə 3 xalla dördüncü olub.

G qrupu çərçivəsində Kamerun–Braziliya və Serbiya-İsveçrə oyunları keçiriləcək. “Lusail” stadionunda oynanılacaq Kamerun–Braziliya matçını ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edəcək. “Stadium 974”də keçiriləcək digər matç isə Fernando Rapalliniyə (Argentina) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.