DÜNYA


Portuqaliyada Aclığa qarşı mübarizə üzrə Ərzaq Bankı iki illik fasilədən sonra işini bərpa edib

Lissabon, 28 noyabr, AZƏRTAC

Portulqaliyada Aclığa qarşı mübarizə üzrə Ərzaq Bankı COVID-19 pandemiyası səbəbindən iki illik fasilədən sonra işini bərpa edib.

AZƏRTAC xəbər verir ki, bankın ilk iş günündə 720 ton qida məhsulu toplanıb.

Aclığa qarşı mübarizə üzrə Ərzaq Bankının prezidenti İzabel Conetin sözlərinə görə, ölkədə ümidsiz vəziyyətdə olan ölkələrin çox olmasına baxmayaraq ianə verilən ərzaq məhsullarının çoxluğu inanılmazıdır. Təqribən 20 min könüllünün qoşulduğu milli kampaniya ölkənin şimalından cənubuna qədər təqribən 1200 kommersiya müəsisəsini əhatə edir.

Keçən il ölkədəki ərzaq bankları vauçerlər və “Feed this idea” platforması vasitəsilə 41,9 milyon avro məbləğində 29.939 ton qida məhsulunu paylayıb. Ərzaq məhsulları toplanması kampaniyaları ildə iki dəfə keçirilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.