CƏMİYYƏT


Portuqaliyada BMT-nin ikinci okean konfransı işə başlayıb

Lissabon, 27 iyun, AZƏRTAC

İyunun 27-də Lissabonda Keniya və Portuqaliya hökumətlərinin birgə təşkilatçılığı ilə BMT-nin ikinci okean konfransı işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 1-dək davam edəcək “Okeanları xilas et, gələcəyi qoru” adlı Lissabon konfransında 140 ölkədən 7 mindən çox nümayəndə iştirak edir. Onlar arasında 25 dövlət və hökumət başçısı, 100-ə yaxın nazir, 38 ixtisaslaşmış qurum və beynəlxalq təşkilat, 1200-ə yaxın qeyri-hökumət təşkilatı, 400-dən çox şirkət nümayəndəsi yer alıb.

Portuqaliya hökuməti ümid edir ki, konfrans dəniz həyatını qorumaq üçün Dayanıqlı İnkişaf Məqsədinə çatmağa kömək edəcək Lissabon Bəyannaməsini qəbul edəcək.

BMT-nin məlumatına görə, Yer səthinin 70 faizindən çoxunu əhatə edən və dünyadakı bütün canlıların 80 faizini edən okeanlar insan fəaliyyətinin görünməmiş təhlükələri ilə üzləşir.

Qeyd edək ki, okeanlara həsr olunmuş ilk konfrans beş il əvvəl Nyu-Yorkda keçirilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.