DÜNYA


Portuqaliyada COVID pandemiyası ilə bağlı ağır vəziyyət yaranıb

Portuqaliyada COVID pandemiyası ilə bağlı ağır vəziyyət yaranıb

Bakı, 28 yanvar, AZƏRTAC

Portuqaliya hazırda COVID-19 pandemiyasının “dəhşətli mərhələsini” yaşayır və vəziyyət yalnız bir neçə həftəyə yaxşılaşa bilər.

AZƏRTAC xəbər verir ki, bunu TVI telekanalına ölkənin Baş naziri Antoniu Koşta bildirib. Onun sözlərinə görə, ölkədə vəziyyət sadəcə ağır deyil, “dəhşətlidir”. Koştanın fikrincə, vəziyyətin bu dərəcədə pisləşməsinə hakimiyyətin Milad bayramı dövründə məhdudiyyətləri yumşaltması və insanların bir araya çox toplaşması səbəb olub.

Portuqaliya ötən ilin yazında pandemiyanın birinci dalğasını Avropanın cənubundakı və qərbindəki qonşuları ilə müqayisədə nisbətən sakit keçirib. Hətta yay aylarında yoluxma səviyyəsinin yüksək olmadığı ölkələrdən turistlər qəbul edib. Lakin payızda vəziyyət pisləşməyə doğru dəyişib. Təxminən 10 milyon əhalisi olan ölkədə hazırda 670 minə yaxın insanın koronavirusa yoluxduğu aşkarlanıb, 11,3 min nəfər isə həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.