DÜNYA


Portuqaliyada Milad bayramı ərəfəsində ehtiyacı olanlara ərzaq yardımı veriləcək

Lissabon, 14 dekabr, AZƏRTAC

Portuqaliyanın Milli Ərzaq Bankı Milad bayramı ərəfəsində aztəminatlı ailələr üçün 2 min tondan çox ərzaq yardımı ayırıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, aksiya çərçivəsində ölkənin iri supermarketlərində ərzaq məhsullarının toplanılması və qablaşdırılmasına 40 minə yaxın könüllü cəlb olunub. Yoxsul insanlar üçün 2146 ton qida məhsulları tədarük olunub.

Ölkənin bütün regionlarında fəaliyyət göstərən 2 mindən çox ticarət şəbəkələri ehtiyacı olanların bayram qayğılarını yüngülləşdirmək məqsədilə ərzaq mallarının tədarükü üçün zənbillər təqdim ediblər. Milli Ərzaq Bankının prezidenti İzabel Conet aksiyada iştirak edənlərə təşəkkür edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.