DÜNYA


Portuqaliyada dünyada ən böyük tunes balığı tutulub

Lissabon, 8 may, AZƏRTAC

Madeyranın paytaxtı Funşal şəhərində yerli balıqçılar dünyada ən iri tunes balığı tutublar. Balığın çəkisi 404 kiloqramdır. Balıqçılar yaxın vaxtlarda bu nəticənin Ginnesin Rekordlar Kitabına daxil olunması üçün müraciət edəcəklər.

Məlumata görə, hazırda həmin balıq Funşaldakı xüsusi balıq anbarında saxlanılır. Balıqçılar həm şöhrətlənə, həm də varlana bilərlər. Nəhəng tunes balıqlarının ətini çox vaxt iri restoran şəbəkələri alır. Məsələn, 2013-cü ildə Tokioda çəkisi 222 kiloqram olan mavi tunes balığını 1,8 milyon dollara alıblar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.