DÜNYA


Portuqaliyada sərf edilən enerjinin üçdəbirindən çoxunu bərpaolunan enerji təşkil edir

Lissabon, 25 yanvar, AZƏRTAC

Portuqaliya Avropa İttifaqına üzv beşinci ölkədir ki, ən çox miqdarda bərpaolunan enerjidən istifadə edir.

AZƏRTAC Portuqaliyanın Milli Statistika İnstitutuna (INE) istinadla xəbər verir ki, ölkənin payı 34 faiz təşkil edir və bu, onun milli hədəf göstəricisini üstələyir.

22,1 faiz payla Avropa İttifaqı son il ərzində 20 faiz səviyyəsində müəyyən edilən bərpaolunan enerji istehlakının hədəf göstəricisini üstələyib.

60,1 faiz paya sahib olan İsveç Aİ ölkələri arasında bərpaolunan enerji istehlakının ən yüksək göstərici üzrə liderə çevrilib. Sonrakı yerlərdə müvafiq olaraq 43,8 faiz və 42,1 faiz payla Finlandiya və Latviya gəlir.

Ən aşağı göstərici Malta (10,7 faiz), Lüksemburq (10,7 faiz) və Belçikaya (13 faiz) məxsusdur.

Avropa İttifaqına üzv olan 27 dövlətin milli hədəfləri araşdırılarkən təkcə Fransa özünün müəyyən etdiyi 24 faizlik milli hədəfə çata bilməyib: bu ölkədə bərpaolunan enerji istehlakı 19,1 faiz təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.