DÜNYA


Portuqaliyada turist avtobusu qəzaya uğrayıb: azı 28 nəfər ölüb

Bakı, 18 aprel, AZƏRTAC

Portuqaliyanın Madeyra adasında turist avtobusunun qəzaya uğraması nəticəsində 28 nəfər ölüb. Bu barədə ölkənin RTP telekanalı bələdiyyə palatasının rəhbərinə istinadla məlumat yayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ölənlər arasında 11 nəfərin kişi, 17 nəfərin qadın olduğu təxmin edilir. Onların hamısı Almaniyadan gəlmiş turistlər olub. Avtobusda 50 nəfər olub. Yerli hökumət orqanları ölənlərin sayının artacağını istisna etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.