CƏMİYYƏT


Portuqaliyalı alimlər: yaşıllıqlar uşaqları astma və allergik rinit xəstəliklərindən qoruyur

Lissabon, 9 sentyabr, AZƏRTAC

Portu Universitetinin İctimai Səhiyyə İnstitutundan (ISPUP) olan tədqiqatçılar bu qənaətə gəliblər ki, uşaqların yaşıllıqlar arasında olması onları astma və allergik rinit xəstəliklərindən qoruyur, müxtəlif növ heyvanların təsiri isə əks nəticə doğurur.

AZƏRTAC xəbər verir ki, nəticələri “Allergy” elmi jurnalında dərc edilmiş araşdırmanın məqsədi yaşıllıqların uşaqları astma və allergik rinit kimi respirator xəstəliklərdən qoruyan, yoxsa bu xəstəlikləri daha da ağırlaşdıran amillər olduğunu aydınlaşdırmaqdır. Bu məqsədlə bir qrup tədqiqatçı Portu şəhərində 1050 uşağın yaşadığı evlərin ətrafındakı mühiti təhlil ediblər. Tədqiqatın lap əvvəlində aşkar görünürdü ki, evlərindən 100 metr məsafədə yerləşən yaşıllıqların bilavasitə yaxınlığında böyüyən uşaqlarda qorunma amili inkişaf edir.

Tədqiqatda qeyd edilir ki, yaşıllıqlardan 100 metr məsafədə yaşayan uşaqlar 7 yaşa çatanda onlarda allergik rinit və astma xəstəlikləri başqa uşaqlarla müqayisədə az inkişaf edir.

Alimlər yaşıllıqların uşaqlara təsirini öyrənməklə paralel olaraq dörd növ canlının: suda quruda yaşayan, sürünən, məməli heyvanların və quşların uşaqların sağlamlığına təsirini təhlil edərək, bu nəticəyə gəliblər ki, körpəlikdə evlərinin bilavasitə yaxınlığında müxtəlif növ heyvanların təsirinə məruz qalan uşaqların gələcəkdə xəstələnməsi ehtimalı digər uşaqlarla müqayisədə 35 dəfə yüksəkdir.

“Exalar XXI” layihəsi çərçivəsində həyata keçirilən “Ətraf mühit və uşaqlarda astma: müqayisəli tədqiqat” adlı araşdırmada şəhər mühiti ilə uşaqlarda allergik və astma xəstəlikləri arasında qarşılıqlı əlaqələrin öyrənilməsinə xüsusi diqqət yetirilir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.