İDMAN


Portuqaliyalı futbol məşqçisi ralli üzrə dünya çempionatında debüt edəcək

Bakı, 5 may, AZƏRTAC

Məşhur portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş ralli üzrə dünya çempionatında debüt edəcək.

AZƏRTAC xəbər verir ki, mütəxəssis Portuqaliya rallisində yarışacaq. O, kiçik seriya sayılan WRC3-də gücünü sınayacaq və "Sitroen" komandasının şərəfini qoruyacaq.

Portuqaliya rallisi mayın 20-dən 23-dək keçiriləcək.

Bu, Villaş-Boaşın avtoidman sahəsində ilk sınağı olmayacaq. Belə ki, portuqaliyalı 2018-ci ildə "Dakar" ralli-marafonunda iştirak edib. Onun komandası yarışın dördüncü günündə mübarizəni dayandırıb.

Qeyd edək ki, Villaş-Boaş "Portu", "Çelsi", "Tottenhem" və "Marsel" klublarına rəhbərlik edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.