REGİONLAR


Portuqaliyalı tələbə: Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq VİDEO

Quba, 17 fevral, Elxan Yusifli, AZƏRTAC 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi layihədə üçüncü dəfədir iştirak edirəm. Bu gün “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirəni dinlədik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli bizi ölkənizdə tarixən mövcud olmuş dinlər, buradakı tolerant mühit haqqında ətraflı məlumatlandırdı. Azərbaycan nadir ölkələrdəndir ki, tarixən müxtəlif xalqların və dinlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşamağı bacarıblar. Qubadakı Qırmızı qəsəbəyə gəldikdə mühazirələrdə tolerantlıq barədə dinlədiklərimizin əyani şahidi olduq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Portuqaliyadan olan iştirakçısı Joao Mastre söyləyib.

Portuqaliyalı tələbə bildirib ki, Azərbaycanda olan müxtəlif konfessiyaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması dünyaya nümunədir.

“Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr həyata keçirir. Çoxsaylı beynəlxalq tədbirlər multikulturalizmdən, tolerantlıq ənənələrinin inkişafından xəbər verir və bu sahəyə böyük diqqət ayrıldığını sübut edir. Qubadakı Qırmızı qəsəbədə sinaqoqda olduğumuz zaman yəhudi icmasının üzvləri Azərbaycanda onlara bəslənən xoş münasibətdən danışdı. Aydın oldu ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir”, - deyə Joao Mastre bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.