CƏMİYYƏT


Portuqaliyanın iri əczaçılıq şirkəti istehsal gücünü artırıb

Lissabon, 31 mart, AZƏRTAC

Portuqaliyanın "Bial" iri əczaçılıq şirkətinin icraçı direktoru Antoniu Portela bəyan edib ki, şirkət son iki ay ərzində adəti üzrə istehsal etdiyindən 50 faiz daha çox məhsul buraxıb. Bununla da ölkədə dərman qıtlığı problemi öz həllini tapacaq.

AZƏRTAC xəbər verir ki, icraçı direktorun sözlərinə görə, milli ehtiyatın yaradılması məqsədilə dərman tədarükü, məhz antibiotiklərin tədarükü gücləndirilib. "Bial" şirkəti, həmçinin COVID-19 virusu ilə mübarizə üçün 500 min avro həcmində fond yaratmaq niyyətindədir. Məhdudiyyətlərə baxmayaraq, əczaçılıq şirkəti Portuqaliya, Fransa və İtaliyadakı aptekləri dərmanlarla təmin edib.

Baş Səhiyyə Direktorluğunun məlumatına görə, Portuqaliyada koronavirusdan 140 ölüm halı qeydə alınıb. Bu xəstəliyə yoluxanların sayı 6408 nəfər, sağalanların sayı isə 43 nəfər təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.