SİYASƏT


“Post and Courier” qəzeti: Azərbaycanı dəstəkləyək

Vaşinqton, 6 iyun, AZƏRTAC

Amerikanın “Post and Courier” qəzetində “Azərbaycanı dəstəkləyək!” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikasının 103-cü ildönümünü Amerika qanunvericilərinin Azərbaycan Milli Günü kimi qəbul etməsinə çağırış edilir.

Qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman ölkələri arasında ilk dünyəvi parlament respublikası olub. Xristianlar, yəhudilər və müsəlmanlar da daxil olmaqla bütün etnik və dini qrupların parlamentdə böyük bir təmsilçiliyi olub. 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etdikdən sonra bu ölkə ABŞ da daxil olmaqla digər demokratik ölkələr tərəfindən tanınıb. Azərbaycanın bu gün ABŞ və müttəfiqlərinin yaxın tərəfdaşı olduğu, ABŞ-ın və NATO-nun Əfqanıstandakı missiyası boyu Əfqanıstana stabil bağlantı üçün əsaslı rol oynadığı və terrorçuluq əleyhinə geniş müharibədə ABŞ-la tərəfdaşlıq etdiyi bildirilir.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətini məlumatlandırma kampaniyası çərçivəsində dərc edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.