CƏMİYYƏT


Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

Bakı, 28 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 13 min şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub.

Belə ki, şəhid ailələrinin üzvləri olan 7200 nəfərə aylıq sosial təminat növləri (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) üzrə ödənişlər təyin edilib. 9 min şəxsə sosial psixoloji dəstək göstərilib, 1210 müharibə əlili 1220 reabilitasiya vasitəsi, o cümlədən 15 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub.

2500-dən çox şəxsə isə aktiv məşğulluq tədbirləri vasitəsilə dəstək göstərilib. Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin olunub. 250-dək şəxsin ödənişli ictimai işlər, digərlərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.