Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır?

Postmüharibə dövründə diasporun fəaliyyəti necə qurulmalıdır?

Bakı, 13 yanvar, AZƏRTAC

Vətən müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun da qarşısında yeni vəzifə və məsuliyyətlər qoyur. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibə və onun nəticələri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, diaspor və lobbiçilik istiqamətində gələcək fəaliyyət planları ilə bağlı xaricdə yaşayan ziyalılarımızın təklifləri maraqlıdır. AZƏRTAC Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla həmin təkliflərin yer aldığı materialı təqdim edir.

“Ermənistan məsələsi ilə bağlı bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik”

Yaponiyada yaşayan azərbaycanlı alim, Tokio Universitetinin doktoru, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər hesab edir ki, diaspor işi davamlı bir prosesdir. Hər bir mərhələdə yeni məqsədlərlə fəaliyyətə başlayıb nəticələrə nail olmaq lazımdır. “Amma Ermənistan məsələsi proses deyil və başa çatmayan fəaliyyətdir, ona görə də bütün planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik. Ölkədə elm, mədəniyyət, iqtisadiyyat, texnologiya, süni zəka xalqımızın təhlükəsizliyi və Azərbaycanın uğurlu gələcəyi naminə inkişaf etdirilməlidir. Bu istiqamətdə diaspor daha yaxşı vasitə ola bilər. Bu o deməkdir ki, siz hər hansı bir sənədi hazırlayaraq diasporun rəyini aldıqdan sonra onu yenidən işləyib həyata keçirmək üçün təkrar diaspora göndərirsiniz. Diaspor isə bizim haqq səsimizi çatdırmaq üçün hər bir ölkədə yerli media mənbələri ilə əlaqələr qurulmasını davam etdirir. Bütün bu fəaliyyətlər dünyadakı diasporumuz tərəfindən, eyni zamanda, reallaşmalıdır. Bu işdə sosial şəbəkələrdə fəal olan diaspor üzvlərinin dəstəyindən də istifadə etmək olar” – deyə X.Kələntər qeyd edib.

“Xaricdəki azərbaycanlılar ermənilərin təsirində olan mərkəzlərlə dialoq qurmalıdır”

ABŞ-ın Men ştatının "Qaçqınların Məskunlaşması Federal Proqramı"nın əlaqələndiricisi, Meyn–Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun fikrincə Vətən müharibəsindən sonra başlayan yeni dövrdə diasporun qarşısındakı əsas vəzifə yenə də siyasi dairələrlə işləyərək təsir imkanlarımızı artırmaqdır: “Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) olaraq lobbiçilik istiqamətində işimizi gücləndirməliyik. Bundan başqa, ikinci mərhələ diasporun yaxından iştirakı ilə lobbiçiliyin koordinasiyalı şəkildə aparılmasıdır. Üçüncüsü, hesab edirəm ki, akademik sahədə fəaliyyətimizi gücləndirib seminarlar, elmi konfranslar keçirməli, tədqiqatlar aparmalı, universitetlərdə güclü təbliğat işi qurmalıyıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, artıq siyasətimizi fərqli qurmalıyıq. Güclü təmsilçilik üçün akademik sahədə də ciddi işlər görülməlidir. Mədəni təbliğatı davam etdirərək mütəmadi şəkildə tədbirlərin keçirilməsini təmin etməli və bu istiqamətdə təbliğatımızı gücləndirməliyik. Biz, ABŞ-da yeni bir proqramla - burada yaşayan azərbaycanlıların ermənilərin təsir etdiyi mərkəzlərlə hansısa formada dialoq qurması istiqamətində işləməyi düşünürük. Amma qarşıdakı 5 il ərzində bizə qarşı nifrətin azalması üçün nəticələr əldə etmək məqsədilə iş mexanizmini indidən düşünməliyik.

Prezidentin sülhməramlı çıxışlarına, sülhə çağırışlarına uyğun olaraq iki xalq arasında təmasların qurulması proseslərinə biz də burada başlaya bilərik. Məsələn, burada sülh proqramları var ki, Fələstindən və İsraildən olan tələbə-şagirdləri gətirir, bir ay ərzində onlar ünsiyyətə girir və bir-birini tanıyır. Bu modeli biz də tətbiq edə bilərik. Eyni zamanda, bu, ABŞ Dövlət Departamentinin qrantları əsasında da təşkil oluna bilər.

Eyni zamanda, ABŞ-da yaşayan gənclər və uşaqlar arasında milli dəyərləri yaşatmaq üçün daimi maarifləndirmə işləri aparılmalıdır. Düşünürəm ki, ABŞ-da azərbaycanlı diaspor gənclərinin düşərgələrini keçirmək olar. Çünki buradan bir çox gəncin Azərbaycandakı düşərgəyə qatılmaq imkanı olmur. Amma bunu ABŞ-ın hər hansı ştatında keçirsək, müxtəlif ştat və şəhərlərdən çox sayda azərbaycanlı gənc qatıla bilər. Yəni gələcəyin liderlərini biz indidən hazırlamalıyıq. Bu istiqamətdə ABŞ-da yaşayan dəyərli ziyalılarımızın potensialından da yararlana, həmçinin Bakıdan da dəvət edə bilərik. Gənclərlə çox işləməliyik ki, onlar bizim səfirlərimiz kimi gələcəkdə millətini yüksək səviyyədə təmsil edə bilsin.

Düzdür biz qalib ölkəyik, amma informasiya müharibəsi dayanmayıb, təxribatlar olur. Odur ki, qələbəmizi daha da möhkəmləndirmək üçün burada siyasi, akademik dairələr və mətbuatla əlaqələrimizi genişləndirməliyik. Kitablar yazılmalı, çap edilməli, ABŞ kitabxanalarında yayılmalıdır. Məsələn, təklif edərdim ki, biz Amerikada yaşayan 100 azərbaycanlı haqqında bir kitab çap etdirib, müxtəlif kitabxanalarda, universitetlərdə geniş yayaq. Bunu başlayıb tədricən həyata keçirməliyik. Dövlət Komitəsi isə müxtəlif ölkələrdəki həqiqi, nüfuzlu diaspor liderləri ilə daha sıx əlaqələr qurmalı, onların fikirlərindən, təkliflərindən faydalanmalıdır”.

“Azərbaycanı dəstəkləyən qrupların formalaşması lazımdır”

Yeni Zelandiyada fəal siyasi fəaliyyətlə məşğul olan, iş adamı Tofiq Məmmədova görə isə müxtəlif ölkələrdəki soydaşlarımızın milli maraqlar üzərində qurulmuş birliyini bundan sonra da qoruyub saxlamaq və möhkəmləndirmək vacib məsələlərdən biridir: “Bu istiqamətdə diasporla yanaşı, həmin ölkələrdəki səfirliklərimiz də böyük rol oynaya bilər. Ümumiyyətlə, xaricdə Azərbaycanı dəstəkləyən qrupların formalaşması və əlaqələrin gücləndirilməsi üçün diasporla səfirliklərin birgə fəaliyyəti zəruridir. Vətən müharibəsi zamanı, informasiya savaşında da Azərbaycan dövləti, xalqı və diasporu bütün gücünü səfərbər edib haqlı mövqeyimizi dünyaya çatdırmağa çalışdı. Bu istiqamətdə müəyyən nəticələr, irəliləyişlər əldə olunsa da, hələ görüləcək işlər çoxdur və bizi qarşıda daha ciddi fəaliyyətlər gözləyir.

Eyni zamanda, azərbaycanlıların bir araya gətirilməsi, onların potensialından düzgün və faydalı şəkildə istifadə olunması vacib amillərdəndir. Bunun üçün müxtəlif ölkə və şəhərlərdəki mədəniyyət mərkəzlərinin sayını artırmaq, olmayan yerlərdə isə yenilərini yaratmaq lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var VİDEO