SİYASƏT


Potsdam Universitetinin professoru: Azərbaycan 27 illik danışıqlar ərzində gözlədiyini qısa müddətdə əldə etdi

Berlin, 17 noyabr, AZƏRTAC

“Masimovasif.net” bloqunda Potsdam universitetinin müəllimi, professor Vinfrid Furman ilə müsahibə dərc olunub.

Furman müsahibəsində bildirir ki, Şuşanın azad edilməsindən 24 saat keçməmiş Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında bəyanat imzalandı. Müsahibədə bəyanat ətraflı təhlil olunur. Vurğulanır ki, Türkiyənin bu prosesdə iştirakı onun nüfuzunun daha da artmasına gətirəcək.

Qeyd olunur ki, Azərbaycan 27 il ərzində qanunun aliliyinə, beynəlxalq hüquqa, BMT qətnamələrinin icrasına, eləcə də beynəlxalq birliyin dəstəyinə ümid edib və səbirlə gözləyib. Lakin 27 il ərzində aparılan danışıqlar ərzində əldə edə bilmədiyini 2 aydan az olan qısa bir müddətdə əldə etdi.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.