DÜNYA
Praqa Suriya problemini sülh yolu ilə nizamlamağa çağırır
Praqa, 19 aprel, AZƏRTAC
Çexiya parlamentinin xarici siyasət və müdafiə məsələləri üzrə komitələri hökuməti Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə qərarların axtarışına daha fəal qoşulmağa çağırıb. Komitə nümayəndələrinin fikrincə, Çexiya hökuməti Suriyada kimyəvi hücumun araşdırılmasına öz ekspertlərini qoşmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇTK agentliyinə həmin komitələrin sədrləri Yana Çernoxova və Lyubomir Zaoralek məlumat veriblər.
Y.Çernoxova xatırladıb ki, Çexiya səfirliyi Dəməşqdə qalıb işləyən və Aİ ilə ABŞ-ın maraqlarını təmsil edən az sayda diplomatik nümayəndəliklərdən biridir. Deputatın fikrincə, bu hal Suriyada vəziyyətin yaxşılaşmasına öz töhfəsini vermək üçün Çexiyaya xüsusi şans verir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]