DÜNYA


Praqa Trampın qərarından əndişələnib

Praqa, 30 oktyabr, AZƏRTAC

Çexiyanın Baş naziri Andrey Babiş və Çexoslovakiyanın 100 illiyi ilə bağlı təntənələrdə iştirak etmək üçün Praqada səfərdə olan ABŞ-ın müdafiə naziri Ceyms Norman Mettis Çexiyanın müdafiə büdcəsinin artırılması ilə yanaşı, qarşılıqlı ticarət məsələlərini də müzakirə ediblər. AZƏRTAC xəbər verir ki, Babiş amerikalı nazirə sərbəst ticarəti dəstəklədiyini və ticarət müharibələrinin əleyhinə olduğunu bildirib.

Siyasətçilər Çexiya ordusunun planlaşdırdığı hərbi texnikanın alınmasını və Amerika tərəfinin bu tenderlərdə iştirakının mümkünlüyünü, həmçinin Çexiya ərazisində yeni atom enerji bloklarının tikintisi ehtimalını müzakirə ediblər. Baş nazir görüşün yekunları barədə konfransda jurnalistlərə bildirib ki, o, Ceyms Norman Mettisi nəzərdə tutulan silah tədarükünün şəffaflığına inandırıb.

Çexiya hökumətinin başçısı qeyd edib ki, Praqa ABŞ-ın Rusiya ilə silahlara nəzarət haqqında müqaviləni pozmaq niyyətini yaxşı xəbər hesab etmir. Andrey Babiş, həmçinin ümidvar olduğunu bildirib ki, bu qərardan sonra ölkələr arasında münasibətlər gərginləşməyəcək.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.