MƏDƏNİYYƏT


Praqa incəsənət yarmarkasında Azərbaycan da təmsil olunub

Praqa, 10 sentyabr, AZƏRTAC

Praqanın Qoleşovitse sərgi kompleksində 120-dən çox rəssamın iştirakı ilə “Ateliér ART Fest” adlı iri beynəlxalq incəsənət yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda Çexiya ilə yanaşı, xarici ölkələrdən, o cümlədən Azərbaycandan da rəssam, heykəltəraş və memarlar öz əl işlərini təqdim ediblər.

“Ateliér ART Fest” yarmarkası ziyarət edənlər üçün həm müasir incəsənətlə tanış olmaq, həm də əsərləri müvafiq qiymətə əldə etmək imkanı yaradıb. Festivalın müşayiət proqramı – mühazirələr, rəssamlarla söhbətlər, ustad dərsləri və s. yarmarkanın bir hissəsinə çevrilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.