DÜNYA


Praqada növbəti “Fotograf Festival” keçirilir

Praqada növbəti “Fotograf Festival” keçirilir

Praqa, 28 sentyabr, AZƏRTAC

Bu günlərdə Praqada 8-ci fotoqrafiya festivalı (“Fotograf Festival”) keçirilir. Tədbir çərçivəsində çex və əcnəbi fotoqraflar öz əl işlərini nümayiş etdirəcəklər.

AZƏRTAC xəbər verir ki, “Ne-práce: zaměstnání volnem” devizi altında təşkil olunan budəfəki festival əmək və asudə vaxt sahəsində sosial problemlərin öyrənilməsinə həsr edilib.

“Fotograf Festival-2018” çərçivəsində musiqi və rəqs kollektivlərinin çıxışları, mühazirələr, yaradıcılıq gecələri, konsertlər və ustad dərsləri təşkil olunacaq. Festivalın ətraflı proqramı, tədbirlərin keçirildiyi məkanlar və iştirakçıların siyahısı barədə tədbirin rəsmi saytında məlumat almaq mümkündür.

Festival oktyabrın 27-dək davam edəcək.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.