MƏDƏNİYYƏT
Praşanta Mandavala: Azərbaycanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi təqdirəlayiqdir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
UNESKO-nun ən mühüm tədbirlərindən biri olan Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi təqdirəlayiqdir. Sessiyaya dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndə qatılıb. İştirakçı dövlətlərin tarixi və mədəni irsinin qorunub saxlanılması və ən yaxşı təcrübələrin bölüşülməsi baxımından bu tədbirin rolu əvəzedilməzdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Şri-Lankanın Arxeoloji tədqiqatlar təşkilatının baş direktoru Praşanta Mandavala deyib.
Şri-Lankanın nümayəndəsi tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
“UNESKO-nun bu tədbirində iştirakçı ölkələrin nümayəndələrinin hesabatları peşəkarlıqla hazırlanıb. Bu sənədlər bizim ölkəmizdə də təhlükədə olan bir çox tarixi və mədəniyyət abidələrinin mühafizəsinin qiymətləndirilməsi və UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması baxımından çox dəyərlidir,” - deyə Praşanta Mandavala qeyd edib.