REGİONLAR


Pravoslav kafedral kilsəsinin keşişi: Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil

Ağdam, 29 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür edirəm. Prezident İlham Əliyev atası Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, işğal altında olan torpaqları azad etdi. Ən əsası, 30 il köçkün həyatı yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar. Həmin insanların doğulduqları yerlərə, öz doğma evlərinə qayıdarkən necə gözəl hisslər keçirəcəyini təsəvvür edə bilmirəm.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri ilə birlikdə Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən “Müqəddəs Jen-Mironosits” kafedral kilsəsinin nümayəndəsi, protoiyerey Sergey Ferştant deyib.

Erməni vandallarının Azərbaycanın işğal olunmuş şəhərlərindəki məscidləri dağıtdığını, təhqir etdiklərini deyən protoiyerey bildirib: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil. Həmin insan nə Allaha, nə də şeytana inanır. O, yalnız dağıdır. Başa düşmür ki, buna görə sabah Allah onu cəzalandıracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.