İDMAN


Premyer Liqa: “Qəbələ” komandası “Səbail”in qapısından iki cavabsız top keçirib

Premyer Liqa: “Qəbələ” komandası “Səbail”in qapısından iki cavabsız top keçirib

Bakı, 19 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 19-da “Qəbələ” – “Səbail” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 78-ci dəqiqədə Ülvi İsgəndərov açıb. Görüşün sonunda (90+7) İsnik Alimi hesab arasındakı fərqi iki topa çatdırıb. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qəbələ” ikinci pillədəki mövqeyini möhkəmləndirib. “Səbail” isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.

Qeyd edək ki, günün digər görüşündə “Neftçi” komandası “Keşlə”ni qəbul edəcək. XVI turun “Zirə” – “Sabah” matçı fevralın 20-də olacaq. “Qarabağ” – “Sumqayıt” oyunu isə mayın 12-nə təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.